Çingiz Fuad oğlu Mustafayev

Çingiz Mustafayev


Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdirep janrlı mahnını səsləndirib.Çingiz Mustafayev (tam adı: Çingiz Fuad oğlu Mustafayev; d. 29 avqust 1960, Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan, SSRİ – ö. 15 iyun 1992, Naxçıvanlı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı.
Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.

Çingiz Mustafayev
Çingiz Fuad oğlu Mustafayev
Çingiz Mustafayev01.jpg
Doğum tarixi:29 avqust 1960
Doğum yeri:Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan, Flag of the Soviet Union.svgSSRİ
Vəfatı:15 iyun 1992 (31 yaşında)
Vəfat yeri:Naxçıvanlı, Xocalı rayonu,
Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi:Şəhid olmuşdur
Atası:Fuad Mustafayev
Anası:Naxış Mustafayeva
Uşağı:Fuad Mustafazadə
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Erkən illəri


Çingiz Mustafayevin Bakıda yaşadığı bina
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub.1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür.Onun atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollamışdı.O, burada 3-cü sinifdən 10-cu sinifə qədər təhsil aldı.Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur.1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir.
Özünü islahatçı-novator görən Mustafayev, 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur.O, Azərbaycanın ilk DJ kimi tanınır.1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır.Anası onu həkim görmək istədiyindən, Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir.Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləmişdir.Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.Həmin müddət vaxtı Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açmışdı.1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanmışdır.Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.
1990-cı illərdə Azərbaycan televiziyasında "İmpromptu", "Cümə axşamı" verlişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur.

Jurnalist fəaliyyəti


Çingiz Mustafayevin Turqut Özalla müsahibəsi
1990-cı il 20 Yanvar hadisələri zamanı, Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi.1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir.Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi.Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu.Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Qarabağ müharibəsində iştirakı

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir.Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır.Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi “Görüş yerini dəyişmək olmaz” filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:
"Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası - Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi."
Xocalı faciəsi
Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı.Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi.Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı.Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.

Ölümü


Çingiz Mustafayevin Şəhidlər xiyabanında məzarı
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi.Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi.Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.
2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
"Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, “rekaşetlə” dəyib."
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Şəxsi həyatı

1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub.Evli idi, Fuad adlı oğlu var.ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.

İrsi


Çingiz Mustafayevin yaşadığı binada barelyefi
Bakıda yaşadığı binanın önündə barelyefi vurulub.Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.1996-ci ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
2010-cu il avqustun 28-də ABŞ-ın CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb.Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.[
2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb.2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.

Çingiz zirvəsi

“Çingiz zirvəsi” kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub.Zirvədə onun adını daşıyan lövhə var.

Çingiz Mustafayev Fondu

1999-cu ildən Çingiz Mustafayev adına fond fəaliyyət göstərir.Atası Fuad Mustafayev fondun prezidentidir. Fond “İlin adamı”, “Ən yaxşı jurnalist” mükafatları və “Vətənpərvər və hərbi mahnı müsabiqəsi”ni həyata keçirir.Fondun təşəbbüsü ilə Şəkidə “Çingiz Mustafayev adına Klub” yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və “Çingiz Mustafayev” adına düşərgəyə yardım edir.[4]

Filmoqrafiya

  1. Adam cinsi arasında cins adam (film) (qısametrajlı sənədli film)
  2. Azərbaycana namus və sevgiylə (film, 2006)
  3. Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
  4. Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
  5. Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
  6. Müstəqillik yollarında. Beşinci film (film, 2005)
  7. Müstəqillik yollarında. İkinci film (film, 2004)
  8. Müstəqillik yollarında. Üçüncü film (film, 2004)
  9. Özgə ömür (film, 1987)
  10. Payızın 17 anı (film, 2007)
  11. Yaramaz (film, 1988)

Təltif və mükafatları

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
  • 1992 — Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı

Комментариев нет:

Отправить комментарий