Mərifət Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Mərifət Nəsibov | |
Mərifət Əhməd oğlu Nəsibov | |
Doğum tarixi: | 22 may 1972. |
---|---|
Doğum yeri: | Məzəm, Qazax rayonu, Azərbaycan SSR |
Vəfatı: | 28 yanvar 1992 (19 yaşında) |
Vəfat yeri: | Quşçu Ayrım, Qazax rayonu, Azərbaycan |
Vəfat səbəbi: | şəhid olmuşdur. |
Mükafatları: |
Həyatı
22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.O, Qazaxlıların fəxridir.
Döyüşlərdə iştirakı
İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəsi
Evli deyildi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.Allah ona rəhmət eləsin!
Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.
Xatirəsi
Qazax rayonundakı Heydər Əliyev adına parkda onun adına bulaq tikilmişdir.
2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.
2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.
Комментариев нет:
Отправить комментарий