Paşa Təhməzov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ Müharibəsinin şəhidi.
PAŞA TƏHMƏZOV | |
Paşa Qurban oğlu Təhməzov | |
Doğum tarixi: | 23 mart 1949. |
---|---|
Doğum yeri: | Lənkəran, Azərbaycan SSR |
Vəfat tarixi: | 23 avqust 1993(44 yaşında) |
Vəfat yeri: | Lənkəran, Azərbaycan |
Vəfat səbəbi: | şəhid olmuşdur. |
Təltifləri: |
Həyatı
23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur.1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.
Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, "23 Avqust" meydanında büstü qoyulmuşdur.
Ailəsi
Ailəli idi, üç övladı qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Lənkəran rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Lənkəranda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. "23-Avqust" meydanında büstü qoyulub.
Комментариев нет:
Отправить комментарий