Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. Yerli ləhcədə “Cojux Mərcannı” kimi tələffüz edilir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.
Tarixi
Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır..2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə
zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
10 fevral 2017-ci ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə 4,3 milyon (dörd milyon üç yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.
Coşqun Qurbanlı
Комментариев нет:
Отправить комментарий