Niyazi Aslanov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
NİYAZİ ASLANOV | |
Niyazi Şərəfxan oğlu Aslanov | |
Doğum tarixi: | 25 dekabr 1960 |
---|---|
Doğum yeri: | Tap Qaraqoyunlu, Qasım İsmayılov rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi: | 4 may 1992 (31 yaşında) |
Vəfat yeri: | Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan |
Vəfat səbəbi: | şəhid olmuşdur |
Təltifləri: |
Həyatı
25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.
Döyüşlərdə iştirakı
Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar iki tank tapırlar, onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur.
Ailəsi
Ailəli idi, iki oğlu həyatda yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.
Buradakı kənd orta məktəbi onun adını daşıyır
Комментариев нет:
Отправить комментарий