Hacıyev Fikrət Əli oğlu

Fikrət Hacıyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
FİKRƏT HACIYEV
Hacıyev Fikrət Əli oğlu
Fikrət Hacıyev.jpg
Doğum tarixi:19 may 1964.
Doğum yeri:Qızılhacılı, Goranboy rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
Vəfatı:5 may 1992 (27 yaşında)
Vəfat yeri:Goranboy rayonu, Flag of Azerbaijan.svgAzərbaycan
Vəfat səbəbi:şəhid olmuşdur.
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

19 may 1964-cü ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuşdur. 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Bakı Kooperativ Texnikumunda təhsilini başa vurmuşdur.

Döyüşlərdə iştirakı

1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edir. Goranboy döyüşlərində 1992-ci il 5 mayda qəhrəmancasına həlak olur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir.
Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

Комментариев нет:

Отправить комментарий