Əlabbas İsgəndərov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
| ƏLABBAS İSGƏNDƏROV | |
| Əlabbas Qara oğlu İsgəndərov | |
| Doğum tarixi: | 25 iyul 1958 |
|---|---|
| Doğum yeri: | Ağdam rayonu, |
| Vəfatı: | 4 mart 1992 (33 yaşında) |
| Vəfat yeri: | Qazançı, Ağdam rayonu, |
| Vəfat səbəbi: | şəhid olmuşdur. |
| Mükafatları: | |
Həyatı
25 iyul 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.
Döyüşlərdə iştirakı
1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu.
Ailəsi
Evli idi, üç övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.
Комментариев нет:
Отправить комментарий