Fəxrəddin Musayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
FƏXRƏDDİN MUSAYEV | |
Fəxrəddin Musa oğlu Musayev | |
Doğum tarixi: | 30 iyul 1957. |
---|---|
Doğum yeri: | Bayraməli,Türkmənistan Respublikası |
Vəfatı: | 11 aprel 1992 (34 yaşında) |
Vəfat yeri: | Füzuli rayonu,Azərbaycan Respublikası |
Vəfat səbəbi: | şəhid olmuşdur |
Mükafatları: |
Həyatı
30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Döyüşlərdə iştirakı
Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.
Ailəsi
Ailəli idi, bir oğlu yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə barelyefi vurulub.
Комментариев нет:
Отправить комментарий