Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov

Mikayıl Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
MİKAYIL CƏBRAYILOV
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu
Mikayıl Cəbrayılov.jpg
Doğum tarixi:27 aprel 1952
Doğum yeri:Oxud, Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic.svgAzərbaycan SSR
Vəfatı:15 dekabr
1990 (38 yaşında)
Vəfat yeri:Mikayıllı, Xocalı, Azərbaycan Respublikası
Vəfat səbəbi:şəhid olmuşdur.
Atası:Əhmədiyyə Cəbrayılov
Anası:Sürayyə Cəbrayılova
Mükafatları:Azərbaycanın Milli Qəhrəmanı

Həyatı

Mikayıl Cəbrayılov 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.
Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.

Döyüşlərdə iştirakı

1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq o təslim olmur və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olur.

Ailəsi

Ailəli idi, bir övladı var.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.
Mikayılın adına Şəki şəhərində küçə var.
Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.

Комментариев нет:

Отправить комментарий