Etibar İsmayılov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
ETİBAR İSMAYILOV | |
Etibar Bəylər oğlu İsmayılov | |
Doğum tarixi: | 29 mart 1964. |
---|---|
Doğum yeri: | Ağcabədi rayonu, SSRİ |
Vəfat tarixi: | 4 yanvar 1994 (29 yaşında) |
Vəfat yeri: | Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi: | şəhid olmuşdur. |
Atası: | Beyler Ismayilov |
Anası: | Sureyya Ismayilova |
Təltifləri: |
Həyatı
29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur.1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.
Döyüşlərdə iştirakı
Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir...Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.
Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Cəsədi döyüş meydanında qalmışdır.
Комментариев нет:
Отправить комментарий